Ələddin İsrafilovun meyiti avtomobilin altından tapıldı
13:01 KriminalBakıda avtomobilin altından meyit tapılıb. Hadisə dünən saat 17 radələrində Lökbatan qəsəbəsinin ərazisində yerləşən gömrük terminalının dayanacağında baş verib.
Orada saxlanılan avtomobilin altından üzərində zorakılıq əlamətləri görünməyən naməlum kişi meyiti aşkarlanıb.
Məlum olub ki, ölən şəxs Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin Əyyub oğlu İsrafilovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31