"Cresent Mall"ın qarşısında bədbəxt HADİSƏ - Qadın ÖLDÜ - VİDEO

 

 

Bakının Nəsimi rayonunda mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az   xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Cresent Mall" Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

Hadisənin baş verməsinə səbəb piyadanın yolu sürətli nəqliyyat axını olan yerdən keçməyə cəhd etməsi olub. Piyadanın həyatını itirdiyi deyilir.

Faktın dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31