Avtomobili qarət edən şəxslər yaxalanıblar
17 Aprel 2023 15:52 KriminalGəncə şəhəri ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində "VAZ-2106" markalı bir avtomobildən içərisində pul olan cüzdan, maqnitofon, avtomobilin salon güzgüsü və digər əşyalar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri İ.Həsənpur və R.Abdullayev saxlanılıblar. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31