Paytaxtda evi yandıran şəxs saxlanıb

Xəzər rayonunda evi yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 16-da saat 14 radələrində Buzovna qəsəbəsində yerləşən, ümumi sahəsi 120 kvm. olan bir evi yandırmaqda şübhəli bilinən Lerik rayon sakini M.Quliyev  müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31