Keçmiş qudasını maşınla vurdu - Bakıda film kimi olay

Bakıda dəhşətli hadisə baş verib.

Olaylar.az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 51 yaşlı Rauf İslamov idarə etdiyi "Ford" markalı maşınla aralarında yaranmış münaqişə zəminində keçmiş qudası Ağsu sakini Babək Əmrahovu vurub.

Xəsarət alan Babək Əmrahov xəstəxanaya yerləşdirilib. Keçmiş qudasını vuran Rauf  İsmayılov tutulub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başladılıb. Araşdırılma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31