"BMW" və "Porsche"ni yandıran şəxs saxlanılıb
12 Aprel 2023 11:05 KriminalGöygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Porsche markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.
Bu barədə Olaylar.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
"Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb. Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə E.Qasımov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31