Bakıda çayxanadan oğurluq edən qardaşlar və daha 2 nəfər tutulub

Bakıda çay evindən oğurluq edilib.

DİN-dən Olaylar.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 22-də rayon ərazisində yerləşən çay evlərinin birində Bakı şəhər sakini V.Əliyevin 140 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakinləri Vüqar Rzayev, Zahid Hüseynov, qardaşı Fərahim və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31