70 yaşlı kişi gəlini və nəvəsini ölümcül şəkildə yaraladı
1 Mart 2023 13:25 KriminalSumqayıtda 70 yaşlı kişi gəlini və nəvəsini ölümcül şəkildə yaralayıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb. 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Polisin keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31