Sumqayıtda oğul atasının evini qarət edib

Sumqayıtda oğul atasının evini qarət edib.

Daxili işlər nazirliyindən Olaylar.az-a verilən məlumata görə, Sumqayıt şəhərindəki mənzillərin birindən 15.000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o, saxlanılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31