"Toyota" ilə qadının evinə qumbara atıb qaçdılar
13 Dekabr 2022 16:07 KriminalDekabrın 12-də Quba sakini olan qadının evinə qumbara atılması və həmin şəxsin "Toyota" markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.
Olaylar.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba RPŞ tərəfindən tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində "Toyota" markalı avtomobildə saxlanılıb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31