Narkotik satanlara "pis baxıram" deyən şəxs narkotik satdığı üçün saxlanıldı
26 Avqust 2022 13:20 KriminalÖtən günlərdə Bakının "Papanin" adlanan ərazisində narkomanların tüğyan etməsi və bununla bağlı sakinlərin etirazı haqqında məlumat vermişdik.
Olaylar.az baku.ws-ə istinadən bildirir ki, sözügedən görüntülərdə yerli sakinlərin şikayəti zamanı kameralara tuş gələn vətəndaşın "narkomanlar arasında yaxşı oğlanlar da var, ancaq narkotik satanlara "dişovi" baxıram" deyən orta yaşlı şəxs diqqət çəkmişdi.
Bu gün DİN-in "Xutor" ərazisində narkotacirlərə qarşı keçirdiyi əməliyyatlarda həmin şəxs saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31