Bakıda ana və 7 yaşlı qızı itkin düşüb

Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.

Olaylar.az   xəbər verir ki, hadisə avqustun 23-də paytaxtın A.Neymətulla küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əliyeva Aysel Niyazi qızı övladı, 2015-ci il təvəllüdlü Kərimova Ruksarə Tamerlan qızı ilə birlikdə yaşadıqları evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində müvafiq yoxlama aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31