Azərbaycanlılardan ibarət cinayətkar dəstə tutulub
7 Mart 2016 18:15 KriminalKiyevdə azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstə tutulub. 4 nəfərdən ibarət dəstə Kiyevdə avtomobil oğurluğu ilə məşğul imiş. İlkin araşdırma zamanı məlum olub ki, azərbaycanlılar ilin əvvəlindən bu yana 8 avtomobil oğurlayıblar. Onlar oğurladıqları maşınları əvvəlcədən hazırladıqları qaraj gətirir, sonra isə ehtiyat hissələrinə çevirərək qara bazarda satırmışlar. Ukrayna DİN-in sözçüsü Xatiya Dekanoidzenin verdiyi məlumata görə, axtarış zamanı azərbaycanlılara məxsus qarajda hələ ehtiyat hissələrə çevrilməmiş 4 avtomobil aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31