İqtisadiyyat

Şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib

25 Dekabr 2018 17:16

Dekabrın 25-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində şərab istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə sahibkarlara dövlət qeydiyyatı, şərab məhsullarının idxalı və ixracının tənzimlənməsi, eyni zamanda məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı zəruri məlumatlar verilib.

Dövlət Proqramları ölkə regionlarının davamlı inkişafını təmin edir

25 Dekabr 2018 16:14

Regional proqramlar iqtisadiyyatımızın gələcək perspektivləri barəsində müsbət rəy formalaşdırmağı bacarıb “Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008,2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla icra olunmaqdadır. Həmin proqramlar çərçivəsində Azərbaycanın regionlarına 70 mlrd. manat sərmayə yatırılıb. Regionların sosial - iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biri və başlıcasıdır.

Ağdaş rayonunun daha bir kəndinə təbii qaz verilib

25 Dekabr 2018 15:48

Dekabrın 25-də Ağdaş rayonunun Orta Ləki kəndinə təbii qaz verilib. “OLAYLAR”-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 403 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 40 min 806 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.