Xameneidən ABŞ liderlərinə sərt sözlər: Axmaqlar!

ABŞ-ın dövlət aparatının bəzi nümayəndələri özlərini bir nömrəli axmaqlar kimi aparırlar. Bu sözləri öz Tvitter səhifəsində İranın Ali Dini lideri Əli Xamenei paylaşıb.

ABŞ-ın dövlət aparatının bəzi nümayəndələri özlərini bir nömrəli axmaqlar kimi aparırlar.

Bu sözləri öz Tvitter səhifəsində İranın Ali Dini lideri Əli Xamenei paylaşıb.

"ABŞ rəhbərliyinin bəzi nümayəndələri dəli olmaları ilə bağlı görüntü yaradırlar. Mən bununla razı deyiləm. Onlar bir nömrəli axmaqlardır. ABŞ liderlərinin bəyanatları məntiqə ziddir", - o bildirib.

Xamenei ABŞ məmurlarının bəyanatlarını "klounada" adlandırıb:

"ABŞ dövlət aparatının nümayəndələri deyirlər ki, İran Səudiyyə Ərəbistanından insan haqlarına əməl etməyi öyrənməlidir. Bu insanları təlxəkdən başqa nə adlandırmaq olar? Onların nə təhdidləri, nə vədləri, nə də qeydləri diqqət və etibara layiqdir".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31