Donuzçuluq təsərrüfatlarında baytarlıq-sanitariya tədbirləri keçirilib
10 Yanvar 2019 13:12 İqtisadiyyatGürcüstan Respublikasında insanlar arasında "donuz qripi"nin (A-H1N1 tipi) sürətlə yayılma və bu xəstəliyin insanlar vasitəsi ilə donuzlara ötürülmə ehtimalını nəzər alaraq ölkəmizin donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Kənd Təsərrüfatı Nazirliyindəın "Olaylar"a bildirilib ki, belə tədbirlərdən biri də Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən Oğuz şəhər sakini Toskoynov Qeorqiyə məxsus 31 baş donuz saxlanılan təsərrüfatda icra edilib. Baytar mütəxəssisləri heyvanlara baxış keçirib, 3 aydan yuxarı 15 baş donuzda qarayara xəstəliyinə qarşı peyvənd edərək 85 kvadratmetr sahədə dezinfeksiya aparıblar.Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən başa vurduğumuz 2018-ci il ərzində iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda qarayara iri və xırdabuynuzlu heyvanlarda dabaq, sahibli itdə quduzluq, qoyunlarda çiçək, iri və xırdabuynuzlu heyvanlarda brusellyoz, iribuynuzlu heyvanlarda nodulyar dermatit, ev quşları arasında nyukasl xəstəliyinə qarşı "H" və "lasota" vaksinləri ilə profilaktik peyvəndləmə tədbirləri aparılaraq epizootoloji sabitlik qorunub saxlanılıb. Hazırda Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb.