Nazirlik aqrar sahədə startaplara dəstək verəcək
Elektron Hökumətin İnkişafı Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.
9 Yanvar 2019 15:32 İqtisadiyyatElektron Hökumətin İnkişafı Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı"nın təqdimat mərasimi keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təqdimat mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən tədbirlər sırasında cari ildə ilk olaraq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı"nın həyata keçirilməsinə başlanılıb. Yanvarın 5-dən 20-dək proqrama qəbul elan olunub. Şəbnəm Məmmədova aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, bu layihədən sonra "Gələcəyin fermeri" layihəsinin həyata keçiriləcəyini də diqqətə çatdırıb.