İqtisadiyyat

“Facebook” servislərində qlobal nasazlıq olub

15 Mart 2019 13:09

Martın 13-də “Facebook” servislərində qlobal nasazlıq yaranıb. Bu barədə populyar internet saytlarının fəaliyyətini izləyən “Downdetector” resursunun məlumatında deyilir. “Facebook” sosial şəbəkəsinin işində problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə saat 11:56-da qeydə alınıb, “Instagram” servisində isə saat 12:01-də başlayıb. İstifadəçilər sosial şəbəkə saytlarına daxil olmaq imkanından məhrum olmaqdan, məlumatlar lentinin yenilənməsi ilə bağlı problemlərdən, eləcə də fərdi məlumatlarda faylların göndərilməsi zamanı nasazlıqlardan şikayət ediblər.

“Google”un əməkdaşı Pi ədədinin hesablanması üzrə dünya rekorduna imza atıb

15 Mart 2019 10:16

ABŞ-ın “Google” şirkətinin əməkdaşı Pi ədədinin hesablanması üzrə dəqiqliyə görə rekorda imza atıb. Məlumat üçün bildirək ki, Pi ədədi dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəmdir. Bu haqda “Cloud.google.com” saytında məlumat verilib.

Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu

14 Mart 2019 13:29

“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2 ay müddətində həyata keçirilən “WE2019 Xanım sahibkarlar üçün müsabiqə”nin nəticələri açıqlanıb. Olaylar.az bildirir ki, ümumilikdə 161 müraciətin toplandığı müsabiqənin təqdimat mərhələsində iştirak edən 11 sahibkar xanım arasından 4 nominasiya üzrə qaliblərin adları münsiflərin səsverməsi ardından açıqlanıb. Belə ki, “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar sahibkar xanımı” – “TourismLab” brendi ilə Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – “BD Kids” brendi ilə Elvira Bağırova, “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” - “Cuisine Chez Billura” brendi ilə Billurə Bernard, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” isə “Tovuz Baltiya MMC” brendi ilə Günel Məmmədhəsənova olub.