Masallıda sahibkarlara güzəştli kredit verilib

Masallıda sahibkarlara güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi məqsədilə aprelin 11-də Masallı rayonunda işgüzar forum keçirib. "Olaylar" xəbər verir ki, Forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 31 sahibkara 719 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, əkinçilik, çörək istehsalı, turizm və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq. İşgüzar forum çərçivəsində Masallıda dövlətin güzəştli kreditlərindən yararlanmaqla 100 ha sahədə salınan çay plantasiyasına və çəltik emalı müəssisəsinə baxış keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31