Sahibkarlara 24,7 milyon manat güzəştli kredit verilib
2019-cu ilin ötən dövründə sahibkarlıq subyektlərinin ümumi dəyəri 88 milyon manat olan 183 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,7 milyon manat güzəştli kredit verilib
12 Aprel 2019 14:52 İqtisadiyyat2019-cu ilin ötən dövründə sahibkarlıq subyektlərinin ümumi dəyəri 88 milyon manat olan 183 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 870-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. "Oaylar"ın məlumatına görə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 3400-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 123,6 milyon manat güzəştli kredit verilib. Həmçinin çayçılığın inkişafı ilə bağlı indiyədək 14 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 milyon manat güzəştli kredit ayrılıb.