Vergidən yayınan sahibkar həbs edildi

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan çoxepizodlu cinayət işi zamanı sübuta yetirilib ki, Beyləqan rayonunun Dünyamalılar kənd sakini Ağayev Nadir Camal oğlu 2009-2011-ci illər ərzində "Kvant-L", "Təsərrüfat-İnventar Topdansatış", "Kaspian", "Baykal-N", "İntellekt-2011", "Berkut-2012" və digər müəssisələrin direktoru vəzifəsində işləyərkən vergiləri dövlət büdcəsindən yayındırmışdır. N.Ağayev sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda rəhbərlik etdiyi müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini də öz üzərinə götürmüş, vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatları daxil etməklə 1 milyon 792 min 679 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, N.Ağayev xüsusi razılıq (lisenziya) almadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması işləri ilə məşğul olaraq külli miqdar təşkil edən 150 min 913 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində N.Ağayev 15 yanvar 2014-cü il tarixdə tutularaq istintaqa təhvil verilib və Bakı şəhəri Yasasmal rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. N.Ağayev dindirlərkən öz təqsirini boynuna alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31