Kənd təsərrüfatı istehsalçılarına 765 traktor, 95 kombayın verilib
28 Yanvar 2014 17:32 İqtisadiyyat2013-cü il ərzində "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına xeyli sayda maşın və texnika verilib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, il ərzində istehsalçılara 37.9 milyon manat dəyərində 765 ədəd müxtəlif növ traktor, 604 ədəd kotan, 239 ədəd səpici aqreqat, 95 ədəd taxılyığan kombayn, 50 ədəd çiləyici və tozlayıcı maşınlar, 41 ədəd otbiçənlər, 40 ədəd gübrəsəpən maşın, 33 ədəd taxıl-toxum təmizləyən verilib. Bundan başqa, 22 ədəd malalar, 21 ədəd bağarası frez, 17 ədəd ot dırmıqları, 16 ədəd traktor yedəkləri (qoşqular), 11 ədəd kombayna qoşulan biçici aqreqatlar və 121 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları istehsalçılara çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31