Daha bir neft quyusu istismara verildi
Quyu 3030-3016 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
28 Yanvar 2014 14:13 İqtisadiyyat"Neft Daşları" yatağında daha bir quyu qazmadan sonra istismara verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytını;n verdiyi məluata görə, "Neft Daşları" yatağındakı 1887 nömrəli özüldən 2678 nömrəli quyu qazmadan sonra istismara verilib.
Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılmış quyu 3030-3016 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31