İnformasiya və rabitə xidmətlərində 1 milyardlıq əlavə dəyər yaranıb
28 Yanvar 2014 11:48 İqtisadiyyat2013-cü ildə informasiya və rabitə xidmətlərində 1,0 milyard manatlıq (1,8 faiz) əlavə dəyər yaradılıb. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilkin hesablamalara görə, ötən il ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 6207,3 manat (7912,5 ABŞ dolları) təşkil edib və 4,4 faiz artım qeydə alınıb. Bu dövrdə 84,8 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub.
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10,0 faiz artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Məhsula və idxal üzrə xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.