Əhalinin gəlirlərinin 64 faizi istehlaka yönəlib - STATİSTİKA
28 Yanvar 2014 11:48 İqtisadiyyat2013-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8,0 faiz artaraq 37,6 milyard manata çatıb, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4039,6 manat və ya ayda 336,6 manat təşkil edib. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,6 faiz olub. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. 2013-cü ildə əhalinin sərəncamında qalan gəlir 34,5 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 8,0 faiz artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31