Vergi ödəyicilərinə 124 adda xidmət göstərilir
28 Yanvar 2014 11:45 İqtisadiyyat2013-cü il ərzində vergi ödəyicilərinə 124 adda xidmətlərin göstərilməsi müəyyən edilib. Vergilər Nairliyindən "Olaylar"a verilən məlumata görə, ötən ilin may ayından Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb. Hesabat ilinin sonunadək vətəndaşlar tərəfindən Asan (Mobil) İmza sertifikat xidmətləri üzrə 11805 müraciət olmuş, ümumilikdə 22423 Asan (Mobil) İmza sertifikatı verilib. Vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə yaradılan xidmət mərkəzlərinin sayı 40-a çatıb. 2013-cü il ərzində göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət mərkəzlərinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiyası başa çatdırılıb, xidmət mərkəzlərinin hamısı AVİS sisteminə qoşulmuş və sürətli internet xətti ilə təchiz olunub. 2013-cü il ərzində respublika üzrə mənfəət və gəlir vergisi bəyannaməsini təqdim etməli olan 15208 vergi ödəyicisinin 95,7%-i bəyannamələri vaxtında təqdim edilib, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan illik vergi bəyannaməsini vaxtında təqdim edib, vergi ödəyicilərinin xüsusi çəkisi 96,2% təşkil edib. Ümumilikdə 2013-cü il ərzində bəyannamələrin 92,8%-i elektron qaydada təqdim edilib.