Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibindən çıxarılıb
Bu vəzifəyə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev gətirilib
27 Yanvar 2014 11:43 İqtisadiyyatXəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi dəyişdirilib. Bu barədə Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında qərarda qeyd edilib.
Yeni dəyişikliyə əsasən Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibindən çıxarılıb və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibinə daxil edilib.
Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları"nın on altıncı hissəsində "Xəzər Gəmiçiliyi İdarəsi" sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilib. ans