"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
24 Yanvar 2014 19:00 İqtisadiyyatBu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 19-cu özüldən 73 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
ARDNŞ-nin saytı məlumat verir ki, quyu məhsuldar qatın Balaxanı lay dəstəsinin X horizontundan 2825-2785 metr intervaldan sutkalıq 90 ton neft və 15 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Təmir işləri "28 May" adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31