"Qaradağ" sementlərinin etiketində göstəriləndən təxminən 3 kilo az olduğu müəyyənləşdi

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində fəaliyyət göstərən   "Qaradağ AND" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunmuşdur. Belə ki, yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 40kq±2% göstərildiyi halda, faktiki çəkisinin etiket göstəricisindən 2,9 kq az olduğu aşkar edilmişdir.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Qaradağ AND" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31