20 milyon dollarlıq almaz

Almaz 29,6 karat təşkil edir

Cənubi Afrikada 15-20 milyon dollar qiymətinə dəyərləndirilən mavi almaz tapılıb. Rusiya mətbuatının verdiyi məlumata görə, ekspertlərin fikrincə almaz daşı bu qiymətə hərracda satmaq olar. Dəyərli daşı Pretoriyanın yaxınlığında olan Petra Diamonds şaxtasında aşkar ediblər. Qiymətli almaz 29,6 karat təşkil edir və palıd qozasının formasına malikdir. Şaxtaya sahibkarlıq edən şirkət nadir tapıntı olan mavi almazın möhtəşəm forması olan bu daşı gələcəkdə nə edəcəkləri barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, bir neçə ay bundan öncə eyni yerdən bu almazdan bir az balaca olan 25,5 karat olan daş tapılmışdır. 2013-cü ildə 16, 9 milyon dollar dəyərinə satılıb.
Bir qayda olaraq, almazların əksərriyyəti yuvelir işləri aparıldığından sonra sarı və ya qəhvəyi rəngə çalır. Qeyri adi göy, yaşıl, çəhrayı və ya qırmızı rənglərdə tapılan daşlar isə digərlərinə nisbətən daha qiymətli və uğurlu hesab edilir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31