Ərzaq malları 2,6, qeyri-ərzaq malları 2,7 faiz bahalaşıb

İstehlak mallarının qiymətləri və xidmət tarifləri dekabr ayında noyabrla müqayisədə 1,9 faiz artıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb. 2013-cü ildə 2012-ci ilə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,8 faiz, xidmət tarifləri 3,5 faiz bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31