Bitkiçilik məhsullarının yığımı çaşa çatıb
23 Yanvar 2014 13:28 İqtisadiyyatAqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatıb. Bu barədə Statistika Komitəsindən "OLAYLAR"a verilən məlumata görə, 2013-cü ildə qarğıdalı da daxil olmaqla 2961,9 min ton taxıl, 992,7 min ton kartof, 1232,8 min ton tərəvəz, 44,8 min ton pambıq, 852,9 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 154,1 min ton üzüm, 181,4 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,7 ton yaşıl çay yarpağı toplanıb. Diri çəkidə 514,4 min ton ət, 1820,5 min ton süd, 1401,5 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal olunub. Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4,2 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,9 faiz artıb.
2014-cü ilin məhsulu üçün 1088,2 min hektar sahədə şum qaldırılıb, 979,1 min hektar sahədə dən üçün taxıl, o cümlədən 646,3 min hektar sahədə buğda, 332,7 min hektar sahədə arpa səpilib.