Xarici ticarət dövriyyəsi 31,7 milyard dollar təşkil edib

2013-cü ilin yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 31,7 milyard dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən əmtəə dövriyyəsinin 69,3 faizini və ya 22,0 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 30,7 faizini (9,7 milyard dollarını) isə idxal məhsulları təşkil edib. 12,3 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 88,2 faizi uzaq xarici ölkələrlə, 11,8 faizi MDB üzvü dövlətləri ilə aparılıb. Ölkəyə idxal olunmuş malların 76,2 faizi (7,4 milyard dolları) uzaq xarici dövlətlərdən, 23,8 faizi (2,3 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub.İxrac olunmuş malların 93,6 faizi, yaxud 20,6 milyard dolları uzaq xarici ölkələrə, 6,4 faizi və ya 1,4 milyard dolları MDB üzvü dövlətlərinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31