Alman inşaat nəhəngi Türkiyəyə sərmayə qoyur

Dünyanın ən nəhəng inşaat şirkətlərindən olan Alman CPBAU qrupu Türkiyəyə sərmayə yerləşdirməyi planlaşdırır.CPBAU şirkətinin idarə heyətinin rəhbərləri bu məqsədlə İstanbula gəliblər. Milyarder işadamı Manfred Hellwig və şirkətin idarə heyətinin rəhbəri Rolf Heinecke İstanbula gələrək "Ağaoğlu" inşaat holdinqinin rəhbəri Ali Ağaoğlu ilə Türkiyədə ortaq iş görmələri ilə əlaqədər danışıqlara başlayıblar. Manfred Hellwig və  Rolf Heinecke Türkiyənin parlaq gələcəyinə inandıqlarını ifadə edərək türk dövlətinə və "Ağaoğlu" qrupuna inadıqlarını bildirərək 17 dekabr hadisələrini bir cəfəngiyat olduğunu görərək sərmayə yerləşdirilməsi üçün Türkiyəni seçdiklərinin ən doğru qərar olduqlarını bildiriblər. Danışıqlarda iştirak edən Beynəlxalq Diplomatlar İttifaqının rəhbəri olan Günther Meinel isə bəzilərinin  Türkiyənin surətlə inkişaf etməsindən narahat olduğunu bildirərək Avropadaki KİV lərin Türkiyədə baş verən müsbət olayları  və inkişafı yayımlamayarq ancaq mənfi halları işıqlandırdıqlarını ifadə edib. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31