Gürcüstanda nazirlərin maaşı azaldıldı

Gürcüstanda nazirlərin maaşları azaldılıb. Müvafiq sərəncamı "Rosbalt"ın verdiyi məlumata görə, baş nazir İrakli Qaribaşvili imzalayıb. Gürcü nazirlər bundan sonra hər ay 3.6 yox, 3 min dollar məvacib alacaqlar. Gürcüstan Nazirlər Kabinetini qərarı gürcü cəmiyyətinin məmurların sosial-maddi təminatı məsələsinə münasibəti ilə izah edib. Son vaxtlarda insanlar arasında nazirlərin dəbdəbəli həyatı ilə bağlı şayiələr genişlənib. Hökumət sadəcə bunu nəzərə almaqla belə bir addım atıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31