Azərbaycanda iqtisadi artım ötən il 6%-ə çatıb
22 Yanvar 2014 17:22 İqtisadiyyatAzərbaycanda 2013-cü il ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki illə müqayisədə 5,8% artaraq 57,7 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əlavə dəyərin 46,3%-i sənaye sahələrində, 11,8%-i tikinti kompleksində, 5,3%-i kənd təsərrüfatında, 4,8%-i nəqliyyatda, 8,9%-i ticarət və pullu xidmət sahələrində, 1,8%-i rabitədə, 14,7%-i digər sahələrdə istehsal olunub.
Əhalinin hər nəfərinə 6 207,3 manatlıq (7 912,5 ABŞ dolları) əlavə dəyər istehsal olunub. ÜDM istehsalı qeyri-neft sektorunda 10%, neft sektorunda isə 1% artıb. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31