Azərbaycan Almaniyadan yeni taxılyığan kombaynlar alır
22 Yanvar 2014 16:25 İqtisadiyyatBu il Azərbaycana 100-dən artıq yeni taxılyığan kombayn gətiriləcək. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi Almaniya istehsalı "Klass" modeli olan kombaynların alınmasına dair müqavilə imzalayıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib. Onun sözlərinə görə, kombaynlar dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara olan əlavə ehtiyacını təmin etmək üçün ayırdığı 10 mln. manat hesabına alınıb. O, əlavə edib ki, taxılyığan kombaynlar biçin vaxtına qədər ölkəyə gətiriləcək. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31