Yarım tona yaxın məhsul satışdan çıxarıldı

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir. Qurumdan verilən məlumata görə, monitorinqlər Bakının Suraxanı, Xətai, Səbail rayonlarında, eyni zamanda Sumqayıt, Gəncə, Sabirabad, Sabirabad, Şəki, Şəmkir, Yevlax, Ağcabədi, Quba, Lənkəran Ağdam və Füzuli  rayonları ərazisində keçirilib.  Monitorinqlər zamanı ümumilikdə 400 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31