Vergilər Nazirliyinə daxil olmuş müraciətlərin sayı açıqlandı

2013-cü ildə dövlət vergi orqanlarına cəmi 66140 müraciət daxil olub ki, nlardan 97,9%-i ərizə, 1,9%-i şikayət, 0,2%-i təklif olub. Müraciətlərin 33%-i müxtəlif arayışların alınması, 27,3%-i kameral vergi yoxlamaları, 8,4%-i vergi borcları, 7,9%-i səyyar vergi yoxlamaları, 23,4%-i isə digər məsələlərlə bağlı olub. 394 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Vergilər Nazirliyinin Analitik informatika şöbəsindən "OLAYLAR" a verilən məlumata görə, müraciətlərin ümumi sayından 78%-i müsbət həll olunub, 12,8%-i barədə müvafiq izahatlar verilib, 5%-i əsassız sayılıb, 1,6%-i qismən həll olunub, 1,1%-i aidiyyəti üzrə göndərilib, 1,5%-i icradadır. Hesabat dövrü ərzində Apelyasiya Şurasında baxılaraq barəsində müvafiq qərarlar qəbul edilmiş 13 vətəndaş müraciətinin 4-ü təmin edilib, 4-ü təmin edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31