Azərbaycanın İKT sektorunun gəlirləri 2013-cü ildə 11% artıb

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirləri 2013-cü ildə 10,7% artıb. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, 2013-cü ildə müəssisələrə və əhaliyə ümumilikdə 1528,1 milyon manatlıq rabitə xidmətləri göstərilib. İnformasiya və rabitə xidmətlərinin ümumi həcmindən 72,4%-i əhaliyə göstərilən xidmətlərin payına düşüb. Bu arada əldə edilmiş gəlirlərin 59,1%-i mobil rabitə xidmətlərinin payına düşüb. Ötən il ərzində mobil rabitə sahəsində əldə edilmiş gəlirlərin ümumi həcmi 902,5 milyon manat təşkil edib, bu da 2012-ci ilin göstəricisindən 17,4% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31