Ötən il il 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb
21 Yanvar 2014 15:27 İqtisadiyyatARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Socar.az xəbər verir ki, görülmüş işlərin nəticəsidir ki, 2013-cü ildə qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədi ilə 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilmişdir. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 1774,7 kilometrlik qaz kəmərləri əsaslı təmir olunmuşdur. Ötən il istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə həmçinin, 1560 ədəd qaztənzimləyici və 1071 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır.