Büdcədə 381,8 mln. manat profisit yaranıb

2013-cü il dövlət büdcəsinin mədaxili 19494,4 mln. manat, xərcləri 19112,6 mln. manat olmuş, 381,8 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. BU barədə Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 2013-cü ildə dövlət büdcəsinin mədaxili 101,8 faiz icra olunub ki, bu da 2012-ci illə müqayisədə 2212,9 mln. manat və ya 12,8 faiz çoxdur. Vergilər Nazirliyi mədaxil proqnozunu 104,1 faiz icra etməklə dövlət büdcəsinə 6664,0 mln. manat vəsait təmin edib. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl edərək büdcəyə 1383,2 mln. manat vəsait təmin edilib. Dövlət Neft Fondundan büdcəyə 11350,0 mln. manat transfert edilib. 2013-cü ildə dövlət büdcəsinin xərcləri 96,3 faiz icra edilib ki, bu da 2012-ci ilə nisbətən 1696,1 mln. manat və ya 9,7 faiz çoxdur. 2013-cü ildə dövlət büdcəsi xərclərindən 50,7 faiz və ya 9688,1 mln. manat cari xərclərə, 45,5 faiz və ya 8696,3 mln. manat əsaslı xərclərə, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6915,0 mln. manat, 3,8 faizi və ya 728,2 mln. manat dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib. 2013-cü ildə icmal büdcənin gəlirləri 22919,3 mln. manat və ya 110,6 faiz təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 580,9 mln. manat və ya 2,6 faiz, xərcləri isə 21857,0 mln. manat və ya 89,2 faiz olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31