Vergi borclarının məbləği azalıb

Vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində görülmüş tədbirlər nəticəsində 1 yanvar 2014-cü il tarixə dövlət büdcəsinə olan vergi borclarının məbləği 1 yanvar 2012-ci il tarixinə olan vergi borcları ilə müqayisədə 23,8 faiz azalıb. 2013-cü il ərzində 227 min 480 borclu vergi ödəyicisinin borcu tamamilə ləğv edilib. Vergilər Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, 2014-cü il yanvar ayının 1-nə vergi ödəyicilərinin ümumi sayında borclu vergi ödəyicilərinin xüsusi çəkisi 3,4 faiz təşkil edib.

Hesabat dövründə vergi ödəyicilərinin dövlət büdcəsinə borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 60700 vergi ödəyicisində əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 86,8 faizi borclar ləğv olunduğu üçün bağlanılıb. Borclu fiziki şəxslərin borcları üzrə tələbin onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2121 vergi ödəyicisinin 1387,6 min manat məbləğində borcunun dövlət büdcəsinə alınması təmin edilmiş, 27 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 1139 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərarları qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31