ARDNŞ Rusiyaya qazın nəqli ilə bağlı açıqlama verdi
Açıqlamada bildirilir ki, Rusiyaya qaz nəqli müvəqqəti olaraq dayandırılıb
16 Yanvar 2014 15:41 İqtisadiyyatRusiyaya qaz nəqli müvəqqəti olaraq dayandırılıb. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramına (2006-2015-ci illər) əsasən "Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi" avtomobil yolunun tikintisi həyata keçirilir.
İşçi layihəyə əsasən, avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik "Mozdok-Qazıməmməd" magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq, müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanıb. ans