Tikintiyə ayrılan vəsaitin həcmi artıb
16 Yanvar 2014 12:23 İqtisadiyyat2013-cü ildə bütün maliyyə mənbələrindən tikinti kompleksi üzrə əsas kapitala 17,9 milyard manat və ya əvvəlki ilə nisbətən 15,1 faiz çox vəsait yönəldilib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, onun 76,7 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 48,3 faizi məhsul istehsalı, 51,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 57,8 faizini təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31