“HP” iki modellə smartfonlar bazarına qayıdıb

ABŞ-ın "HP" şirkəti inkişaf etməkdə olan ölkələrin istehlakçıları üçün nəzərdə tutulan və "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "HP VoiceTab Slate6" və "HP VoiceTab Slate7" modelləri ilə smartfonlar bazarına qayıdır. Mincom.gov.az xəbər verir ki, qurğular müvafiq olaraq 1280×720 və 1280×800 piksel təsvir ölçüsünə malik böyük 6 və 7 düym diaqonallı ekran, ön dinamik, 16 giqabaytlıq quraşdırılmış yaddaş, 5 və 2 meqapikselli iki fotokamera, eləcə də istehsalçısı açıqlanmayan dördünəvil prosessorla təchiz edilib. Hər iki model "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir, "3G" şəbəkəsini dəstəkləyir, habelə SİM kart üçün iki çıxışa malikdir. Şirkət "HP VoiceTab Slate6" və "HP VoiceTab Slate7" modellərini istifadəçilərə multimedia xidmətləri və mobil rabitə şəbəkələrinə çıxışa imkan verən səsli zəng funksiyalı planşet kompüter kimi qələmə verir."Hazırda istehlakçılar telefon və planşetin funksionallığını bir arada birləşdirən qurğu əldə etməyə çalışırlar. Bu yeni kateqoriya "HP" üçün artım imkanı deməkdir", - şirkətin vitse-prezidenti Ron Koulin bildirib. Fevralda "HP" qurğularının satışa çıxarılacağı ilk ölkə Hindistan olacaq. Modellərin digər ölkələrin bazarına çıxarılması barədə hələlik məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31