6 il ərzində Ermənistandan 6,2 milyard dollar həcmində kapital çıxarılıb

"Global Financial Integrity" təşkilatının apardığı araşdırmalar nəticəsində məlum olub ki, 6 il ərzində Ermənistandan 6,2 milyard dollar həcmində kapital çıxarılıb. Trend-in  Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu məbləğ hazırda xarici borcu təqribən 4 milyard olan (təxminən ÜDM-nin yarısı) ölkə üçün böyük göstəriciidr.
Araşdırma müəllifi yazır ki, bu vəsait Ermənistan iqtisadiyyatına yatırılsaydı, o zaman yüz minlərlə ölkə vətəndaşı iş tapmaq üçün Rusiyaya və ya digər ölkələrə üz tutmazdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31