BNEZ-in texnoloji qurğusunda təmir işləri aparılıb

Heydər Əliyev adına Bakı neft emalı zavodunun 31 nömrəli katalitik riforminq qurğusunun hidro-təmizləmə bölməsində yaranmış nasazlığın aradan qaldırılması məqsədi ilə aparılan təmir işləri uğurla başa çatıb. Socar.az xəbər verir ki, həmin bölmədə reaktorun daxilində conson səbətlərinin və reaktorun üst qatının tutulması təzyiqlər fərqinin yaranmasına (normaya görə reaktorda təzyiqlər fərqi 07 atmosferdən artıq olmamalıdır) səbəb olmuşdu. Bununla əlaqədar olaraq, istehsalat sahəsinin işçi personalı tərəfindən səbətlər təmizlənərək bərpa olunub və yerinə quraşdırılıb. Bundan başqa, təmir zamanı 111 nömrəli kompressorun çıxış xətləri su buxarı ilə təmizlənib, 111 nömrəli sobanın su buxarı xətlərində olan nasazlıqlar aradan qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31