Azərbaycanda Avro-4 standartına keçidin vaxtı açıqlandı
15 Yanvar 2014 10:11 İqtisadiyyatNazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, hökumətin qərarı bu gün rəsmi mətbuatda dərc olunub.Qərara əsəsan, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq ediləcək.Qeyd edək ki, daha əvvəl Azərbaycanda yeni standartların tətbiqindən sonra ölkəyə idxalına icazə verilən avtomobillərin siyahısı açıqlanmışdı. Siyahıya aşağıdakı avtomobillər daxildir:
Nəqliyyat vasitəsinin mənşə ölkəsi
Nəqliyyat vasitələrinin buraxılış ili
Ekoloji siniflərə görə texniki reqlamentin tələblərinə uyğun gələnlər
2
3
Avropa İttifaqına daxil olan ölkələr, benzin
1997-2000
2001-2004
Aİ-yə daxil olan ölkələr, dizel
1997-2001
2002-2004
ABŞ
1996-2000
2001-2003
Yaponiya
1998-2004
2005-2010
Kanada
2001-2003
2004-dən
Hindistan
2005-2009
2010-dan
Çin
2004-2007
2008-dən
Koreya
2001-2002
2003-2005
Ukrayna, M kateqoriyalı
2006-dan
2010-dan
Ukrayna, N kateqoriyalı
2007-dən
2010-dan
Belarus
2006-2007
2008-dən
Özbəkistan
2007-2009
2010-dan
Qazaxıstan
2006-2011
2012-dən
Rusiya
2006-2007
2008-dən
Avropa İttifaqına daxildir: Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çexiya, Bolqarıstan, Rumıniya, İsveç, Estoniya.