ABŞ Maliyyə Nazirliyi: “İrana qarşı təzyiqlər sanksiyalar yolu ilə davam edəcək”
14 Yanvar 2014 17:41 İqtisadiyyat"İrana qarşı təzyiqlər sanksiyalar yolu ilə Cenevrə razılaşmasının qüvvədə olduğu 6 ay müddətində də davam edəcək".
APA - nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ maliyyə nazirinin müavini Devid Kohen deyib. O bildirib ki, İranla "altılıq" ölkələri arasında əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq aradan qaldırılması nəzərdə tutulan sanksiyaların iqtisadi dəyəri 6-7 milyard dollardır.
Qeyd edək ki, İranla "altılıq" ölkələri Cenevrə razılaşmasının yanvarın 20-dən icrası barədə razılığa gəlib. Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları dayandıracaq, İran isə uranın 20% zənginləşdirilməsi ilə bağlı işləri təxirə salacaq. Eyni zamada İranın xaricdə dondurulmuş 4,2 milyard dollarlıq aktivləri 6 ay müddətində sanksiyadan azad ediləcək.